RU

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

“Muğam

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il 17–22 iyun tarixlərində keçiriləcək.Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə baş tutacaq.Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpiziomun, “Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu il mayın 10-da mərkəzin açılış mərasimində Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirmiş və orada müntəzəm muğam bayramlarının, o cümlədən muğam müsabiqələrinin keçirilməsini tövsiyə etmişdi. Bu baxımdan müsabiqə laureatlarının yekun konsertinin Ağdam Muğam Mərkəzində keçirilməsi təkcə muğamın deyil, həm də xalqımızın bu torpaqlara mənəvi-mədəni qayıdışını simvolizə edəcək.Xatırladaq ki, “Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formalarının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilən festival ardıcıl olaraq 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə də dünyanın müxtəlif ölkələrindən sənətçiləri, musiqiçiləri, alimləri və mədəniyyət təbliğatçılarını bir araya gətirir, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, muğam irsinin yaşadılmasına böyük töhfələr verir.Ulusum.az

Diqqət Çəkənlər

Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir

İsraildə səfərbərlik: Minlərlə əsgər orduya çağırılır

Xameneidən sərt bəyanat: İsrailin zərbələri cavabsız qalmayacaq!

Избранный
0
11
ulusum.az

10Источники