“İnter”in (İtaliya) hücumçusu Mehdi Taremi klublararası dünya çempionatında iştirak etmək üçün Tehrandan Kaliforniyaya uça bilməyib.
QOL.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb.
İsrailin hərbi hücumları zamanı İran hakimiyyəti ölkənin hava məkanını bağlayıb. Bu zaman doğma vətənində olan İran millisinin futbolçusu paytaxt hava limanına gəlib, lakin təhlükəsizlik səbəblərinə görə oranı tərk edərək geri qayıdıb.
Mənbənin məlumatına görə, “İnter” 32 yaşlı forvardla əlaqə saxlayır və vəziyyəti həll etmək yollarını axtarır.
İyun ayının 18-də “İnter” klub dünya çempionatının qrup mərhələsində “Monterrey” ilə qarşılaşacaq. Həmçinin bu mərhələdə “neradzurrilər” “Urava” və “River Pleyt”lə də görüşəcəklər.