RU

İran ABŞ hərbi bazalarını vura bilər

Tehran İsraildəki hədəflərə hücumlarını davam etdirməyə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrailin hücumuna cavab olaraq “Doğru vəd” əməliyyatı hələ başa çatmayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına da raket zərbəsi endirilə biləcəyi istisna edilmir.

"Növbəti mərhələ ABŞ-ın Yaxın Şərqdəki bazalarına zərbələr endirmək ola bilər", - agentliyin İrandakı hərbi mənbəyə istinadən verdiyi açıqlamada deyilir.

Избранный
15
publika.az

1Источники