“Ölkəmizə məxsus “Fordo” nüvə stansiyasında cüzi dağıntılar var”.
APA xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.
O bildirib ki, bir qədər əvvəl kritik əhəmiyyət daşıyan avadanlıqlar təhlükəsizlik səbəbindən stansiya ərazisindən çıxarılıb:
“Hazırda həmin nüvə obyektində hər hansı çirklənmə aşkar edilməyib. Onlara dəymiş ziyanın miqyası geniş olmadığı üçün qısa müddətdə aradan qaldırılacaq”.