RU

FHN-in Dövlət yanğın təhlükəli kafenin fəaliyyətini dayandırıb (FOTO/VİDEO)

Bakı. Trend:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba şəhəri, 22-ciməhəllə ünvanında yerləşən Yarəliyev Zeynal Yarəli oğlununistifadəsində olan kafedə keçirilən yoxlama zamanı yanğıntəhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həminnöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə vədövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənedilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumatverilib.

Bildirilib ki:

- obyekt avtomatik yanğınхəbərverici siqnalizasiya qurğusu vəilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyektin taxta konstruksiyaları odadavamlı məhlullahopdurulmayıb;

- sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadəolunur;

- obyektin elektrik təsərrüfatı “Elektrik QurğularınınQuraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb vəelektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel vənaqillərin izolyasiyasının gərginliyə qarşı muqavimətininyoxlanılması barədə akt tərtib edilməyib;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişQuba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Yarəliyev ZeynalYarəli oğlunun istifadəsində olan kafenin fəaliyyətinindayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsiobyektin nümayəndəsinə təqdim edilib", - qurumdan qeyd olunub.

Избранный
20
14
az.trend.az

10Источники