RU

"Daşnaksütyun" rəsmən İranın müdafiəsinə qalxdı -BƏYANAT

Xəbər verdiyimiz kimi İsraillə İran arasında hərbi gərginlik artmaqdadır. İrana hücum Ermənistanda təşviş yaradıb. Siyasi elita, yerli media daha çox İsraili qınayan bəyanat və fikirlər səsləndirir. Bu gün isə radikal təşkilat olan "Daşnaksütyun" bəyanat yayıb.

Bəyanatda deyilir: “İyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri nüvə enerjisi infrastruktur obyektlərini, hərbi komandanlığı, alimləri, mülki binaları və infrastrukturu hədəfə alaraq İran İslam Respublikasına qarşı kütləvi zərbələr endirdi. İsrailin İrana qarşı hücumu və genişmiqyaslı hərbi əməliyyatları BMT Nizamnaməsinə, beynəlxalq hüquqa ziddir və mülki əhalinin yaşamaq hüququnu təhdid edir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və davam edən geosiyasi təlatümlər kontekstində İsrailin hərəkətləri son dərəcə narahatlıq doğurur və gözlənilməz hadisələrlə doludur.

Vəziyyətin daha da gərginləşməsi istər-istəməz mənfi nəticələrə gətirib çıxaracaq, xüsusən də regionda son dərəcə kövrək olan sabitliyə, təhlükəsizliyə və sülhə xələl gətirəcək.

Mövcud vəziyyətdən dərin narahat olan "Daşnaksütyun" İsrailin İrana və İran xalqına qarşı hərəkətlərini pisləyir və dövlətlərarası məsələlərin hərbi yolla həlli siyasətini qəbuledilməz hesab edir.

Biz qurbanların ailələrinə başsağlığı veririk və tammiqyaslı müharibədən qaçmağın ən yaxşı yolunun danışıqlar prosesi olduğuna əmin olduğumuzu bildiririk".

Tural

Избранный
16
news365.az

1Источники