RU

Avtoritet baş məşqçi doğma şəhərin komandasının sükanı arxasına gətirilir… SON DƏQİQƏ

«Mingəçevir»in baş məşqçi postuna əsas namizədi müəyyənləşib.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Füzuli Məmmədovu əvəzləməyə ən real şəxs Ramiz Məmmədovdur.

Rəhbərlik bir neçə variantı gözdən keçirsə də, sonda onun üzərində dayanıb. Bu dja təsadüfi deyil. R.Məmmədov Mingəçevir futbolunun ən tanınmış şəxsidir.

«Pro» katieqoriyasına malikdir, iş təcrübəsi böyükdür. 2024-cü ildə «Şamaxı»nı I Liqanın çempionu edib və Premyer Liqaya qaytarıb.

R.Məmmədov əslən ağdamlı olsa da, həyatı əsasən Mingəçevirlə bağlıdır. Futbolda ilk addımlarını da burada atıb.

«Kür-Nur»dan başlayan karyera sonradan yüksəlişə keçib. Şəhərin futbol camiəsi ona böyük hörmətlə yanaşır.

Avtoriteti yüksəkdir. «Mingəçevir»i himayəsinə götürmüş şəxslər başa düşür ki, «Qəbələ»nin sabiq çalışdırıcısını sükan arxasına qaytarmaqla azarkeşlərin komandaya rəğbətini bir qədər də artıracaqlar.

Bu ilin yanvarında «Mingəçevir»in sükanı arxasına keçən Füzuli Məmmədovun fəaliyyət dövrü başa çatıb.

Saytımıza bu barədə məlumat elə klubdan daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, ASTA baş məşqçi ilə işbirliyini dayandırmaq qərarına gəlib. Səbəb sponsorla çalışdırıcı arasında yaranan fikir ayrılığıdır.

ASTA I Liqada mövsümü dördüncü pillədə başa vurmuş komandanın büdcəsinin azaldılmasına dair qərar qəbul edib, o isə bununla razılaşmayıb.

Digər problem F.Məmmədovun xarakteri ilə əlaqədardır. ASTA futbolçuların baş məşqçiyə mənfi münasibət bəslədiyini, onunla daha işləmək istəmədiklərini öyrənib.

SPORTİNFO.AZ

Избранный
91
1
sportinfo.az

10Источники