RU

“Yol nişanları görünən və gecə də əks etdirən olmalıdır” - Nəqliyyat eksperti

Nəqliyyat eksperti Aslan Əsədov News365.az-a açıqlamasında bildirib ki, yol nişanları qanunvericiliyə uyğun olaraq həm gündüz, həm də gecə şəraitində görünməli və əks etdirici xüsusiyyətə malik olmalıdır.

“Yol nişanlarının hündürlüyü, bucağı, ölçüləri elə müəyyən edilməlidir ki, hər şəraitdə – qarlı, dumanlı havada belə – rahat görünə bilsin. Bu, vətəndaşların rahatlığı və təhlükəsizliyi üçün vacibdir,” – deyə ekspert qeyd edib.

Aslan Əsədov əlavə edib ki, nişanların quraşdırılması və idarə olunması ilə məşğul olan təşkilatlar sürücülərin məlumatlandırılması və müvafiq qaydaların tətbiqi barədə birgə müzakirə aparmalıdırlar.

“Əgər sürücülər nişanlarla bağlı cərimələnirlərsə, bu məsələlər məhkəmədə də araşdırılır və qərar məhkəmənin səlahiyyətindədir. Bizim ekspert kimi mövqeyimiz yalnız rəy verməkdir,” – deyə ekspert bildirib.

Избранный
34
news365.az

1Источники