İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir.
Ölkə.Az xəbər verir ki, bu barədə "Report" "Tasnim"ə istinadən məlumat verir.
Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.
Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi.