Musavat.com bildirir ki, İranda Tehranın nüvə siyasəti ilə bağlı diqqətçəkən açıqlama verilib.
Deputat bildirib:
“Biz Məclisin nümayəndələri olaraq İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Xameneyidən xahiş edirik ki, İrana nüvə silahına sahib olmağa icazə verən fərmanı versin.”
Bu sensasion çağırış İranın nüvə proqramı ətrafında gərginliyin artdığı bir dönəmə təsadüf edir. İsraillə qarşılıqlı təhdidlərin səngimədiyi, Qərbin narahatlıqla izlədiyi proseslər fonunda bu açıqlama, regionda mümkün silahlanma yarışının yeni mərhələsinə işarə kimi qiymətləndirilir.
Qeyd edək ki, Ayətullah Xameneyi daha əvvəl İranın nüvə silahı istehsalını haram elan etmiş və bu silahların əldə edilməsinə qarşı çıxmışdı. Lakin parlament səviyyəsində bu tipli açıq çağırış ilk dəfədir ki, bu qədər aydın formada səsləndirilir.