ain.az, Oxu.az saytına istinadən bildirir.
İranın Ali Rəhbəri Seyid Əli Xamenei iyunun 13-də Milli Təhlükəsizlik üzrə Ali Şuranın keçirdiyi iclasında İsrailə qarşı cavab əməliyyatına başlamaq qərarı qəbul edib.
Bu barədə Oxu.Az "Tasnim" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, sözügedən iclas İranın İsrailə cavab hücumunun ilk mərhələsinə bir saat qalmış baş tutub:
"İclasda düşmənin istənilən cinayətinə davamlı cavab vasitələrinin əvvəlki planları nəzərdən keçirilib və onların həyata keçirilməsinə diqqət yetirilib. Daxili hazırlıq işləri aparılıb və lazımi tədbirlər görülüb".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.