RU

İrandan təxliyə olunan rusiyalılar Astara sərhədindən keçib

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İçərisində İrandan təxliyə olunan Rusiya vətəndaşlarının olduğu ilk avtobus Astara sərhəd-gömrük məntəqəsindən keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Bakıdakı Səfirliyinə istinadən TASS yayıb. 

Səfirlik qeyd edib ki, İrandan təxliyə edilməsi nəzərdə tutulan 88 nəfərdən 56-sı artıq Azərbaycan ərazisindədir. Artıq təxliyə olunan Rusiya vətəndaşları arasında ölkənin Xalq artisti və rejissor Fyodr Bondarçukun da olduğu bildirilib.

Xatırladaq ki, bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımi şərait yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
qafqazinfo.az

4Источники