RU

Gürcüstan XİN Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tbilisi, 14 iyun, AZƏRTAC

Gürcüstan Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Yaxın Şərqdə baş verənlərdən narahatlıq ifadə olunur və münaqişənin həllində diplomatiyanın vacibliyi vurğulanır.

Bəyanatda deyilir: “İyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) irimiqyaslı əməliyyata başlayıb. Bu əməliyyatda Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

Biz Yaxın Şərqdə regional təhlükəsizliyə təhdid yaradan gərginliyin artmasından dərin narahatıq. Biz vəziyyətin deeskalasiyası və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayırıq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
azertag.az

4Источники