Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə 30-dan çox patogenin daşıyıcısı olan yeni təhlükəli gənə növü tapılıb.
Ölkə.az milli.az-a istinadla xəbər verir ki, ehtimallara görə, bu, mal-qaraya təsir edən təhlükəli xəstəliklərin daşıyıcısı kimi tanınan "Haemaphysalis longicornis" gənəsidir.
Biologiya professoru Adem Keskin bildirib ki, gənə insanlar üçün də potensial təhlükəli sayılır.
"2024-cü ilin sentyabrından aparılan araşdırmalar gənənin Türkiyəyə 3-4 il əvvəl daxil olduğunu göstərib", - deyə alim vurğulayıb.
Bundan əvvəl yerli mediada bu il Türkiyədə ən azı yeddi nəfərin gənə dişləməsinin qurbanı olduğu bildirilmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.