RU

İran geri çəkilir? “ABŞ ilə nüvə danışıqları ləğv olunmayıb”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu hələ ləğv edilməyib. 

“AzPolitika” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Bazar günü bu məsələ ilə bağlı hansı qərarı verəcəyimiz hələ bəlli deyil", - “Nour News” agentliyi diplomatdan sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl Baqai demişdi ki, İsrailin hücumundan sonra Vaşinqtonla Tehran arasında danışıqlar mənasızlaşıb. ABŞ Prezidenti Donald Tramp isə İsrailin zərbələrindən sonra rəsmi Tehranı danışıqlar masasına çağırıb: “İranın nüvə bombası ola bilməz və ümid edirik ki, o, danışıqlar masası arxasına qayıdacaq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
azpolitika.info

1Источники