Nizami rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib.
"Report" xəbər verir ki, Heydər Bağı - Park Bulvarda baş tutan tədbirdə rayon ictimaiyyəti iştirak edib.
Bayram konsertində tanınmış incəsənət nümayəndələri və rəqs qrupları çıxış ediblər.
Proqram sakinlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.