1970-ci ilədək iustehsal olunmuş avtomobillərin saxlanması və istismarında çətinliklər çoxdur.
Əgər 50 yaşlı maşının istismarı üçün yanacaq tapmaq çətinlik yaratmırsa, daha köhnə maşınlarla bağlı vəziyyət fərqlidir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər 1926-cı ildə istehsal edilmiş Bugatti Royale Coupe modeli üçün sitetik yanacaq hazırlayıblar. Yeni yanacaq Fransanın Müluz şəhərindəki avtomobil muzeyində sınaqdan çıxarılıb.
Cəmi 6 ədəd istehsal olunmuş model 13 litrlik 300 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. əvvəllər aviasiya üçün nəzərdə tutulmuş mühərrikin iştahı da böyükdür: hər 100 kilometrə 50 litr.
Yeni yanacaq hazırlayanların məqsədi mühərrikin konstrruksiyasına dəyişiklik etmədən işlənmiş qazların həcmini azaltmaq olub.
Muzeyin həyətində bir neçə dövrə vurduqdan sonra avtomobil yenidən qapalı sahəyə qaytarılıb. Sınaq yoxlaması zamanı mühərrikə edilən yeganə dəyişiklik alışdırma bucağının bir qədər geri çəkilməsi olub. Bu proseduru 20-25 il əvvələdək bütün sürücülər bacarırdı.
Bu xəbər də sizin üçün maraqlı ola bilər:
https://avtosfer.az/az/avtosfer-foto/avropanin-en-boyuk-avtomobil-muzeyinde-bir-gun-foto-191346
Vüqar