RU

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verib.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayıblar.

R.Paşayev 1/8, G.Məmmədəliyeva isə 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.

Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Избранный
46
3
azertag.az

8Источники