RU

Tibb məntəqələrinə görə xəstəxana rəhbəri cərimləndi Vüqar Qurbanov problemi həll etmir?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qusar Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən tibb məntəqələrində planlı yoxlamalar aparıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamalar bir sıra kənd və qəsəbələri əhatə edib.

Piral kəndində yerləşən tibb məntəqəsi və Həzrə kənd həkim məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulduğu aşkarlanıb. Aşkar olunan nöqsanlarla bağlı Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə iki protokol tərtib olunub.

Məhkəmədə bildirilib ki, xəstəxana rəhbərliyi protokolda göstərilən nöqsanların mövcudluğunu etiraf edir. Lakin qeyd olunub ki, 2020-ci ildən sonra xəstəxananın maddi-texniki təchizatı və təsərrüfat işləri TƏBİB-in səlahiyyətinə verilsə də, həmin vaxtdan bəri həkim məntəqələri təmir olunmayıb. Məsələ ilə bağlı TƏBİB rəhbərliyinə, xüsusən qurumun sədri Vüqar Qurbanova rəsmi müraciət edilsə də, problem hələ də öz həllini tapmayıb.

Hazırda məntəqələrdəki yanğın təhlükəsizliyi ilə bağlı nöqsanların aradan qaldırılması üçün müvafiq qurumlara müraciət olunub. Eyni zamanda, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün xəstəxanaya vaxt verilməsinin məqsədəuyğun olduğu vurğulanıb və məhkəmədən bu xüsusat nəzərə alınaraq qanuni qərar çıxarılması xahiş edilib.

Sonda məhkəmə tərəfindən hər iki məntəqə üzrə xəstəxana rəhbərliyi ayrı-ayrılıqda 350 manat məbləğində cərimə olunub.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
1
qaynarinfo.az

2Источники