RU

Tehran artıq qorunmur – İsrail generalı

İsrail hərbçiləri İranın qərbində və Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, İsrail Hərbi Hava Qüvvələrinə İran paytaxtının üzərində azad hərəkət imkanı yaratdılar.


News365.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib.


Onun sözlərinə görə, gecə saatlarında 70-dən çox İsrail qırıcıları Tehrandakı hədəflərə zərbələr endirib, İranın Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxarıb.


“Tehrana gedən yol açıldı. Biz 40-dan çox hədəfi vurduq: Bütün Tehran ərazisində raketləri və qabaqcıl hava müdafiə sistemlərini, həmçinin buraxılış qurğularını və nəzarət mərkəzlərini. Tehran artıq qorunmur. Paytaxt İsrail zərbələrinə qarşı həssasdır” - general bildirib.


Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.

Избранный
62
46
news365.az

10Источники