RU

Tesla-nın robotatsi xidməti başlayır

BAKI, TurkicWorld

Tesla-nın baş direktoruİlon Mask şirkətin ən iddialı layihəsinin – robotaxi (avtonom taksi) xidmətinin – iyunun 22-də ABŞ-ın Ostin şəhərində təqdim ediləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, o , bu texnologiyanı Tesla-nın “indiyə qədər istehsal etdiyi ən vacib məhsul” adlandırıb.

Avtonom texnologiya ilə bağlı illərdir verdiyi vədləri yenidən gündəmə gətirən Mask, bu xidmətin şirkət üçün dönüş nöqtəsi olacağını bildirib. Lakin təhlükəsizlik və iqtisadi səmərəlilik məsələləri ilə bağlı hələ də ciddi suallar qalır.

Avtonom nəqliyyat sahəsində General Motors və Ford kimi böyük şirkətlər milyardlarla investisiyaya baxmayaraq bu sahədən geri çəkiliblər. GM bu sahəni “çox bahalı və rəqabətli”, Ford isə “dayandırılası riskli bir sahə” kimi dəyərləndirib.

Mütəxəssislər isə hesab edirlər ki, Teslanın əsl rəqibləri Uber və Lyft kimi insan sürücüləridir. “Əgər Tesla uzaqdan idarəetmə və texniki dəstəyə görə böyük xərclər çəkəcəksə, ucuz insan əməyinə əsaslanan xidmətlərlə rəqabət çətin olacaq.” - deyə Stanford Universitetindən Bryant Walker Smith bildirib.

Alphabet şirkətinə məxsus Waymo bu gün ABŞ-da dörd böyük şəhərdə – San Fransisko, Los-Anceles, Feniks və Ostində – həftəlik 250.000 pullu robotaxi səfəri həyata keçirir və ümumilikdə 10 milyon ödənişli səyahət təşkil etdiyini bildirib. Tesla isə hələlik tam kommersiya səviyyəsində bu xidməti təqdim etməyib.

Tesla-nın “tam avtonom sürücülük” sistemi yalnız kamera əsaslı işləyir, rəqibləri isə lidar və radar kimi əlavə sensorlardan istifadə edirlər. Bu isə təhlükəsizliklə bağlı narahatlıqları artırır. ABŞ NHTSA artıq bəzi qəzalara görə Tesla-nın sistemini araşdırır.

“İnsan gözlərini günəş parıltısından qorumaq üçün lazer taxmır. Lidar kimi texnologiyalar bu səbəbdən vacibdir.” Mask isə lidar texnologiyasını “bahalı və axmaq texnologiya” kimi rədd edir.- deyə Smith bununla bağlı qeyd edib.

Tesla son illərdə həm gəlir, həm də səhmlərində ciddi itkilər yaşayıb. Şirkət 2024-cü ildə mənfəətinin 53%-ni, səhmlərinin isə 30%-ni itirib. Bu fonda Mask robotaxi layihəsini “bəşər tarixində aktiv dəyərin ən çox artacağı hadisə” adlandırır.

Buna baxmayaraq, analitiklər ehtiyatlı yanaşırlar. GLJ Research-dən Gordon Johnson bu açılışın “simvolik” olacağını, real kommersiya fəaliyyətinin isə vaxt alacağını düşünür.

“Mask daha əvvəl bu texnologiyanı reallaşdıracağına dair söz versə də, bu vədlərin heç biri yerinə yetirilməyib. İndi fərqli olacağına inam zəifdir.” - deyə Stanford-dan Smith isə əlavə edib.

Избранный
18
turkic.world

1Источники