İranın Buşehr vilayətində yerləşən “Fəcr-Cam” neftayırma zavodunda yanğın baş verib. Həmin zavod “Cənubi Pars” qaz yatağına yaxın ərazidə yerləşir.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, bu zavodda bir neçə yataqdan hasil edilənqaz emal olunur. Yanğının dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, daha əvvəl “Fars” agentliyi İsrailin “Cənubi Pars” qaz yatağının 14-cü fazasına hava zərbəsi endirdiyini bildirmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта