RU

Putin Kiyevlə danışıqları iyunun 22-dən sonra davam etdirməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında rəsmi Moskvanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

“Report”un TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinin tez bir zamanda dayandırılmasında maraqlı olduğunu qeyd edib", - Kremlin nümayəndəsi bildirib.

Xatırladaq ki, iyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında bərpa olunmuş birbaşa danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan çox davam edib. Tərəflər münaqişənin həlli aspektlərinə dair baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar.

Danışıqlardan sonra Rusiya və Ukrayna ağır xəstə və gənc (25 yaşa qədər) məhbusları “hamı hamı üçün” formatında - hər tərəfdən azı 1000 nəfərlə mübadilə etmək barədə razılığa gəliblər.


Избранный
30
4
report.az

5Источники