RU

Beyləqanda bazar yanması və XaçmazdaKI qasırğa riyazi yolla Qurana bağlanır – İLAHİ XƏBƏRDARLIQ 


“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5 
Xəbər veridiyi kimi, dünən və bu gün Azərbaycanda iki böyük hadisə baş verdi. Bunlardan biri Xaçmazda baş verən qasırğadır ki, rayonun bütün elektrik və qaz təsərrüfatını sıradan çıxartdı. 
Daha sonra Beyləqanda bazar yandı. Yerdəki saat fərqini nəzərə alsaq, hər iki hadisənin eyni tarixdə (13.06.2025) baş verdiyini görərik. Elmi-lədun hesablamalarımız göstərir ki, bu hadisələr təsadüfü baş verməyib, xüsusi qanunauyğunluğa tabedir; yolun azmış xalqımıza və onun zülm etməkdə, günah törətməkdə həddi aşan rəhbərlərinə Allahdan ciddi xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
1) Yadınızdadırsa oktyabrın 31-də Bakıda iki yaşayış binası yandı – Yasamalda və Xırdalanda DOST mərkəzinin binası. Dünən Xaçmazda qasırğa və Beyləqan bazarında yanğın baş verəndə həmin bina yanğınlarının 228-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, yenə də Quran rəmzi alınır və hadisələrin Allahın elminə (kitabına, iradəsinə) bağlı olduğunu sübut edir:
228 – 114 = 114 
2) Xatırladaq ki, keçən il sentyabrın 2-də 28 may NQÇİ-nin 4 saylı dərin dəniz özülündə bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən həmin hadisənin 286-cı günüdür. Bildiyimiz kimi, 286 ədədi orjinal (Kəəbədə və muzeylərdə saxlanan) Quranın  səhifələrin sayıdır və həm də Yaradanın rəqəmsal imzası olaraq, bu kimi hadisələrin üzərində görünür (bu hadisələrin də üzərində görünməsi, onların Allahdan olduğunu bir daha sübut edir).
3) Hesablamalarımız göstərir ki, dünənki qasırğa və yanğın riyazi yolla Bakıda baş verən zəlzələyə də bağlanır. Yadınıza salaq ki, 2023-cü ilin 7 dekabr tarixində Bakıda baş verən 5,6 bal zəlzələ əhalidə böyük təşviş və həyəcan yaratdı. Bu hadisələr arasında 555 gün fərq vardır ki, bunun da Quranda tövbə və cəza rəmzi olduğunu əvvəlki yazılarımızda göstərmişdik. 
4) Və nəhayət, dünənki tarix, Türkiyədə yüzminlərlə insanın ölümünə səbəb olan 7,6 bal zəlzələnin (06.02.2023) 858-ci günüdür ki, bu da Quranın səhifələrinin üç mislidir:
858 – 286 – 286 = 286
Və s
NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən Xaçmaz rayonunun qaranlığa qərq olması və Beyləqan bazarının yanması təsadüfü olmayıb, Allahdan xalqımıza və onun zülm etməkdə sərhəd tanımayan rəhbərlərinə ciddi xəbərdarlıqdır: biri-birinizi aldatmayın; yalandan üzə durmayın; tərəzidə düz olun; zina etməyin; haqqını istəyənləri şərləyib zindanlara doldurmayın; uşaqların və böyüklərin haqqını yeməyin; insanların haqqını qoruyacağınız barədə içdiyiniz anda əməl edin (yeri gəlmişkən, dünən baş verən qasırğa və yanğın riyazi yolla Qurana andiçmə mərasiminə də bağlanır ki, oxucunu yormamaq üçün təqdim etmədik)! 
Tövbə edib, günahlardan çəkinməsəniz və doğru yola qayıtmasanız, sizi  böyük və ağlasığmaz bəlalar gözləyir. Artıq o bəlalar sizin qapınızın astanasındadır və bəziləriniz artıq öz üzərinizdə hiss edirsiniz!!! Bir daha qeyd edirəm: bu bəladan qurtulmağın yeganə yolu tövbə edib, doğru yola qayıtmaq, sizə tabe olanlarla mülayim davranıb, ehtiyacı olanlara yaxşılıq etməkdir! Ola bilər ki, bu sizə sonuncu xəbərdarlıq da ola bilər (düzgünün Allah bilər). odur ki, sizə indiyədək verilmiş möhləti düzgün dəyərləndirməyə çalışın; bəla sizi tam sarmamış (nə qədər nəfəsiniz var) Haqqa təslim olun!
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi 
Bakı şəhəri, 14 may, 2025

Избранный
38
3
gender.az

4Источники