Ötən axşam güclü külək bəzi bölgələrdə xeyli fəsad törədib.
Xezerxeber.az xəbər verir ki, görüntülər Şəkidəndir. Ötən axşam yağışla müşayət olunan güclü külək bir sıra fəsadlar törədib. Mərkəzi prospektlərdə, Nərimanov, Axundzadə, Rəsulzadə və digər küçələrdə çox sayda irigövdəli ağac aşıb, yollar bağlanıb.
İşıqlandırma sistemləri, dirəklər, naqillər, internet və telefon xətləri sıradan çıxıb. N.Nərmanov prospektində ağac aşaraq məktəbin divarına çırpılıb. Axşam saatları olduğundan xəsarət alan olmasa da, işıq təchizatında fasilələr yaranıb.
Şəki şəhər İcra Hakimiyyətindən bildirilib ki, aydiyyəti qrumlar gücləndirilmiş iş rejiminə keçirilib. İlk növbədə yolda olan maneələr kənara çəkilərək hərəkət bərpa edilir. Sonra isə ağaclar doğranıb götürüləcək. İşıq və digər sahələrdə oan ziyanlar da araşdırılır, bərpası üçün işlər görülür.
Oğuzda da irigövdəli ağacın aşması nəticəsində yol bağlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.