RU

Ərdoğan İran prezidenti danışdı: "Bölgəni alovun içinə sürükləmək məqsədi güdürlər"

Bu gün Türkiyə Prezident Ərdoğan ilə İran prezidenti Pezeşkian arasında telefon danışığı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüş zamanı İsrail və İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan söhbət əsnasında İsrailin İrana qarşı hücumlarını ən şiddətli şəkildə qınayıb və həlak olanlara görə İran xalqına başsağlığı verib: "İsrail beynəlxalq hüququ açıq şəkildə pozur və bölgəni alovun içinə sürükləmək məqsədi güdürlər. Netanyahu hücumlarla nüvə danışıqları prosesini sabotaj etməyə və eyni zamanda, dünyanın diqqətini Qəzzadakı soyqırımdan yayındırmağa çalışır".

Samir MUSAYEV
MİA.AZ

Избранный
9
mia.az

1Источники