Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd əş-Şara ilə telefon danışığında bildirib.
Ərdoğan qeyd edib ki, hazırkı vəziyyətdə terror təşkilatları və radikal ünsürlərə qarşı daha diqqətli olmaq lazımdır.