İsrail Müdafiə Qüvvələri Tehranı məhv etməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar bildirib.
“Biz yalnız strateji obyektləri hədəf alırıq. Tehranın dağıdılması bizim məqsədimiz deyil”, – deyə Saar bildirib.
Nazir əlavə edib ki, İsrail xalqı İran xalqına qarşı deyil, rejimə qarşı mübarizə aparır.
Onun sözlərinə görə, İsrail rəhbərliyi İranla əməliyyatların ölkənin mülki əhalisi üçün çətinliklər yaradacağını anlayırdı, lakin alternativ yox idi.