Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory100” ikinci döyüşünü keçirib.
İdman.biz xəbər verir ki, o, final turnirinə yüksəlmək üçün qvineyalı Mori Kromahla üz-üzə gəlib.
95 kq çəki dərəcəsində yarışan Bəhram Rotterdamda keçirilən görüşün ilk raundunda nokauta düşüb. İki boksçu arasında gərgin anlar yaşanıb.
Qeyd edək ki, 33 yaşlı idmançımız ilk görüşdə albaniyalı Asdren Qaşiyə qalib gəlib.
İdman.biz