RU

"Fiorentina"nın baş məşqçisi Stefano Pioli olacaq

A Seriyasında çıxış edən "Fiorentina"nın yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, komandaya Stefano Pioli başçılıq edəcək.

Son mövsümü "Əl-Nəsr"də keçirən təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Piolinin yaxın günlərdə Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi xəbərləri yayılıb.

Qeyd edək ki, Pioli 5 mövsüm "Milan"ı çalışdırıb və bir dəfə İtaliya çempionu titulunu qazanıb.

İdman.biz

Избранный
48
1
idman.biz

2Источники