RU

Pezeşkian: İsrail ABŞ nin koordinasiyası ilə İrana hücum edib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla söhbətində ABŞ-ni İsrailin İrana hücumlarını koordinasiya etməkdə ittiham edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidentinin administrasiyasının yaydığı məlumatda bildirilir.

"Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, sionist rejim onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv hərəkətə əl atmayacaq. Ona görə də açıq-aydın görünür ki, hazırkı hücumlar bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirilir. Əgər istəsələr, İsraili yerinə otuzdura bilərdilər", - Pezeşkian qeyd edib.

O, həmçinin bildirib ki, İran nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
oxu.az

1Источники