İraq qonşu ölkələrə qarşı təcavüz meydanı olmaq istəmir.
“İki sahil” xəbər verir ki, bunu İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Araci İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiqi ilə görüşündə bildirib.
Regionda son gərginliyin yaratdığı təhlükələrin nəzərdən keçirildiyi görüşdə İraq nümayəndəsi ölkəsinin mövqeyini vurğulayıb, eləcə də İraq ərazisinin hər hansı bir ölkə tərəfindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadə edilməsinin mümkün olmadığını diqqətə çatdırıb.
Bundan başqa, iraqlı müşavir ölkələrin və xalqların təhlükəsizliyinin və sabitliyinin qorunması üçün bölgədə gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb.