Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə paytaxtdakı restoran kompleksinin ərazisində qeydə alınıb. İnsident zamanı 1 nəfər xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə yerində sursat, qan izləri, həmçinin içərisində güllə izləri olan “Opel” markalı avtomobil aşkarlanıb.
Araşdırma aparılır.