RU

Zaqatalada motosiklet aşdı - Sürücü öldü

Zaqatalada motosiklet aşıb, sürücü ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində baş verib.

Belə ki, motosiklet idarəetmədən çıxaraq aşıb.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq  dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mübariz Muradov

Избранный
36
12
qafqazinfo.az

10Источники