Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X sosial şəbəkəsində rəsmi paylaşım edilib.
Paylaşımda qeyd olunur:
"Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək"