
Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunan 28 Qırğızıstan vətəndaşından bir qismi artıq Astara sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub. Təxliyə edilən şəxslərə tibbi xidmət və zəruri şərait təmin edilib, səhər yeməyi verilib. Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev Azərbaycan hökumətinə təxliyə prosesində göstərilən dəstəyə görə təşəkkür edib və bu prosesin yüksək səviyyədə həyata keçirildiyini bildirib. O, İranda vəziyyətin gərgin olduğunu qeyd edərək, böhranın diplomatik yolla, qarşılıqlı anlaşma əsasında həllinin vacibliyini vurğulayıb.Rəxşəndə DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
Tramp: “Bu, nə qrip idi, nə də COVID – İsrailin hücumu idi
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO