İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, bu vəzifə Cennaro Qattuzoya tapşırılacaq.
Yaxın günlərdə İtaliya Futbol Federasiyasının 47 yaşlı mütəxəssislə müqavilə bağlayacağı bildirilib. Qattuzo bu vəzifədə iyunun 9-da komandanı tərk edən Luçano Spalettini əvəzləyəcək.
Qeyd edək ki, 10 il (2000-2010) İtaliya millisində çıxış edən Qattuzo son olaraq “Hayduk”un baş məşqçisi olub. Mütəxəssis bundan əvvəl “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Milan U-19”, “Piza”, “OFI”, “Palermo” və “Sion”da çalışıb.