RU

Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu gücləndirir

Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov, Azərbaycanın yeni beynəlxalq əməkdaşlıq modelində fəal rol oynamaq niyyətini bir daha vurğulayıb.

Tahir Budaqov bildirib ki, Azərbaycan milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyir və bu xüsusda Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoqun təşviqinə mühüm töhfə verməyə hazırdır. Bu yanaşma Azərbaycanın sülh və tərəfdaşlıq naminə atdığı davamlı addımlarla birbaşa uzlaşır.

O, həmçinin qeyd edib ki, ölkəmiz təkcə hərbi-siyasi təhdidlərin qarşısının alınması istiqamətində deyil, həm də iqtisadi, ekoloji və humanitar sahələrdə təhlükəsizliyin təmin olunması baxımından da regional və qlobal səviyyədə vacib təşəbbüslərlə çıxış edir.

Tahir Budaqovun fikrincə, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (D-8) iştirakı, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi nüfuzlu beynəlxalq platformalarda tərəfdaşlıq əlaqələrinə xüsusi önəm verməsi, eləcə də neokolonializmlə mübarizə istiqamətində atdığı addımlar ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir.

“Azərbaycan həm Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan, ölkəmiz multilateralizm prinsiplərinə söykənən yeni dünya düzəninə keçid prosesinə real töhfələr verir”, - deyə o əlavə edib.

Səbinə Qorxmaz "İki sahil"

Избранный
19
ikisahil.az

1Источники