Türkiyə danışıqların növbəti raundunun vaxtı ilə bağlı Rusiya və Ukraynadan təfərrüatları gözləyir və onları qəbul etməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbəsi məlumat yayıb.
"Biz tərəflərdən vaxt çərçivəsi ilə bağlı təfərrüatları gözləyirik. Hazırlıq elan olunanda qapılarımız açıqdır", - agentliyin mənbəsi bildirib.
Rusiya prezidenti Vladimir Putin ötən gün ABŞ prezidenti Donald Trampla görüşündə bəyan edib ki, Rusiya Ukrayna tərəfi ilə danışıqları davam etdirməyə hazırdır.