RU

Los-Ancelesdə hökumət əleyhinə keçirilən mitinqə 30 min insan qatılıb

Los-Ancelesdə ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı mitinqə çıxan nümayişçilərin sayı 30 minə çatıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin meri Karen Bass sosial şəbəkədə məlumat verib.

"30 min insan dinc insan etiraz etmək məqsədilə konstitusiya hüququndan istifadə etmək üçün bu gün şəhərə çıxıb", - o bildirib.

Nümayiş Trampın 79-cu doğum gününə təsadüf edən Vaşinqtonda hərbi paradın keçirildiyi gün bütün ölkə boyu keçirilən koordinasiya edilmiş “Krallara yox” hərəkatının bir hissəsi idi.

Qeyd edək ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) qanunsuz mühacirlərin müəyyən edilməsi üçün kütləvi əməliyyatın keçirildiyi Los-Ancelesdə şəhər mərkəzində reydi nəticəsində yaranan iğtişaşlardan sonra ABŞ-nin bir çox ştatlnda Trampın siyasətinə etirazlar başlayıb

Избранный
20
report.az

1Источники