RU

Gününü göstərəcəyik! Tramp İranı hədələdi

ain.az, Azvision saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp bazar günü səhər tezdən İranı hədələyib. Bildirib ki, İran hər hansı şəkildə ABŞ-a hücum edərsə, ona gününü göstərəcək. Tramp, Truth Social platformasındakı paylaşımında ABŞ-ın İrana hücumda əli olmadığını çatdırıb. "İrana bugecəki hücumla ABŞ-ın heç bir əlaqəsi yoxdur. Əgər İran hər hansı yolla, formada və ya formatda hücum edərsə, ABŞ Silahlı Qüvvələri var gücü və qüdrəti ilə indiyə qədər heç vaxt görünməmiş səviyyədə İranın üstünə gələcək. Halbuki biz İranla İsrail arasında asanlıqla razılıq əldə edə və bu qanlı münaqişəyə son qoya bilərik!!!"- Amerika Birləşmiş Ştatlarının prezidenti sosial şəbəkə hesabında yazıb. M. HƏSƏNLİ

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
azvision.az

2Источники