RU

Bayern Münhen in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı RƏSMİ

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Tottenhem" fransalı gənc hücumçu Matis Telini heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 

Hotspurlular bu ilin fevralında “Bayern Münhen”dən icarəyə götürdüyü 20 yaşlı futbolçunu birdəfəlik transfer edib. Telinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Yerli mətbuat hücumçunun Avropa Liqasının qalibinə 35 milyon avroya başa gəldiyini iddia edib. 

Matis Teli "Tottenhem"in heyətində bütün turnirlərdə 20 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
fanat.az

2Источники