RU

İranın hücumları nəticəsində İsraildə bir sutkada 12 ölü, 385 yaralı

İsrailə qarşı son 24 saat ərzində həyata keçirilən İran hücumları ağır nəticələrə səbəb olub.

Musavat.com xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hücumlar nəticəsində 12 nəfər həyatını itirib, 385 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar arasında vəziyyəti ağır olanların olduğu da bildirilir. Səhiyyə strukturları və təcili yardım xidmətləri gücləndirilmiş rejimdə çalışır.

Hadisə fonunda ölkə daxilində fövqəladə vəziyyət tədbirləri daha da gücləndirilib, əhalidən sığınacaqlarda qalmaq və təlimatlara əməl etmək tələb olunur.

Musavat.com

Избранный
7
11
musavat.com

2Источники