RU

İsrail-İran hücumlarında ən pis ssenarilər nə ola bilər?

Hazırda İsrail və İran arasında baş verən hava hücumları yalnız bu iki ölkəni əhatə edir.

Bəs əgər hücumlar daha da qızışarsa ən pis hansı ssenarilərlə üzləşə bilərik?

İlk ən pis ssenari Birləşmiş Ştatların müharibəyə qatılmasıdır.

Vaşinqtonun bütün təkziblərinə baxmayaraq, İran tərəfi inanır ki, İsrailin ölkəsinə qarşı hücumlarda Amerika qoşunlarının da əli var və İsrailə dəstək verir.

Buna görə də İran Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarını və diplomatik nümayəndəliklərini vura bilər.

Amerika vətəndaşlarının Təl-Əvivdə və ya başqa yerlərdə İran tərəfindən hədəf alınması Donald Trampı bu müharibənin içinə sürükləyə bilər. Bu isə vəziyyətin daha da qızışmasına gətirib çıxarar.

İkinci ssenari Körfəz ölkələrinin müharibəyə qoşulması riskidir.

Əgər İran İsrailə qarşı hücumlarında uğur qazana bilməsə, o zaman İsrailə yardım etməkdə günahlandırdığı Körfəz ölkələrini hədəf ala bilər.

Bu da mübarizənin daha geniş ərazilərə yayılması ilə nəticələnər.

Dügər mümkün variant İsrailin İranın nüvə imkanlarını dağıtmaqda uğursuz olması ehtimalıdır.

İsrailin İrana qarşı mübarizəsi iflasa uğrasa, Təl-Əviv hücumların miqyasını və coğrafiyasını da artıra bilər. İsrail hücumların bu fazasını "ot biçmək" strategiyası adlandırır. Bu isə hücumlarda digər region ölkələrinin də hədəf olacağı mənasına gəlir.

Narahatedici məqamlardan biri də qlobal iqtisadi şokun baş verməsidir.

Neftin qiyməti onsuz da artmağa davam edir.

Bəs İran Hörmüz boğazını bağlayarsa və neft daşınmasını məhdudlaşdırarsa, onda nə olacaq?

Neftin qiymətinin artması inflyasiyanı sürətləndirə bilər ki, bu da Trampın tarif siyasətindən əziyyət çəkən dünya iqtisadiyyatını daha da acınacaqlı vəziyətə gətirər.

Sonuncu ən pis ssenari İran rejiminin yıxılması ilə boşluğun yaranması ola bilər.

İsrailin Baş naziri dəfələrlə bəyan edib ki, o İranın nüvə qabiliyyətini zəiflətməklə yanaşı, orada rejim dəyişikliyi də etmək niyyətindədir.

Bəs İranda rejim dəyişilərsə, hansı boşluqlar ortaya çıxa bilər? hər kəs yaxşı xatırlayır ki, İraq və Libyada mərkəzləşmiş hökumət devrildikdən sonra nələr baş verdi. İranda vətəndaş müharibəsinin olması yeni risklər ortaya çıxara bilər.

Hazırda isə hər şey İsrail və İran arasında münaqişənin hansı cür inkişaf edəcəyindən asılıdır.

Elə bu suallara cavab da prosesin sonrakı mərhələlərində məlum olacaq.

Videonu Youtube kanalımızda izləyin.

Избранный
10
bbc.com

1Источники