"Milan" Qranit Caka ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" isveçrəli yarımmüdafiəçi üçün "Bayer"ə rəsmi təklif verməyə hazırlaşır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Cakanın bu yay Leverkuzen klubundan ayrılacağı gözlənilir. O, iki mövsümsür burada çıxış edir.
Transfermarkt portalına görə 32 yaşlı futbolçunun bazar dəyəri 12 milyon avrodur.