RU

Biləsuvarda iki nəfərin öldüyü qəzada yaralananların vəziyyəti açıqlanıb - Yenilənib 

Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb....

TƏBİB-dən “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.

Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 2009-cu il təvəlüdlü şəxs aqonal vəziyyətdə tibb müəssisəsinə daxil olub. Bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 12:45-də pasiyentin ölüm faktı qeydə alınıb.

***

Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölənlər baba və nəvəsidir.

Poliqon.info 

Избранный
28
4
poliqon.info

6Источники