RU

“Mançester Yunayted” argentinalı qolkiperlə danışıqlara başlayıb

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Mançester Yunayted" "Aston Villa"nın 32 yaşlı qapıçısı Emiliano Martineslə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" argentinalı qolkiperi Andre Onananın yerinə əsas namizəd kimi nəzərdən keçirir.

Qeyd edək ki, Martines 2020-ci ilin payızında "Arsenal"dan "Aston Villa"ya transfer olunub. Başa çatan mövsüm o, 53 oyunda "çərçivə"ni qoruyub ki, 16-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
sport24.az

1Источники