RU

İtaliya millisində yeni baş məşqçi - RƏSMİ

BAKI. 15 iyun. TELEQRAF

Cennaro Qattuzo İtaliya milli komandasına baş məşqçi təyin olunub.

Teleqraf İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis iyunun 19-da ictimaiyyətə təqdim olunacaq.

Onunla 1+1 illik müqavilənin bağlanılacağı gözlənilir.

Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" komandasının baş məşqçi postunu tərk edib. O, karyerası ərzində Fransanın "Marsel", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli" və "Milan" kimi komandalarına da rəhbərlik edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində 2 oyundan sonra İtaliya millisi 3 xalla 3-cü yeri tutur. Luçano Spaletti bir neçə gün əvvəl komandanın baş məşqçi vəzifəsindən istefa verib.

Избранный
26
teleqraf.com

1Источники