RU

Camaal Hill Azərbaycana gəldi - FOTOLAR

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Camaal Hill Azərbaycana gəlib.

"Unikal" xəbər verir ki, UFC-nin ağır çəki dərəcəsində keçmiş çempionu komandası ilə birlikdə ölkəmizə təşrif buyurub.

C. Hill iyunun 21-də Kristal Zalda təşkil olunacaq turnirin əsas döyüşündə keçmiş titul iddiaçısı Xalil Rauntri ilə qarşılaşacaq.

Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyevlə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri, Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar.

Избранный
29
unikal.az

1Источники