RU

İsrail ordusu İran raketlərini ƏLƏ KEÇİRDİ

İsrail ordusu son hücum zamanı İranın atdığı raketlərin əksəriyyətini ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus "Telegram" kanalında məlumat verilib.

"Son bir saatda İsrailə doğru bir neçə raket atılıb, onların əksəriyyəti ələ keçirilib. Ölkə daxilində hər hansı zərbə ilə bağlı məlumat verilməyib", - İDF-nin bəyanatında deyilir.

İsrail ordusu daha əvvəl İrandan atılan raketləri aşkarladığını bildirmişdi. Ölkədə hava hücumu xəbərdarlığı elan edilib. İsrail Hərbi Hava Qüvvələri raketləri ələ keçirməyə başlayıb.

İran dövlət televiziyası İran raketlərinin Təl-Əviv, Aşkelon və Hayfadakı hədəfləri vurduğunu bildirib.

Избранный
28
1
publika.az

2Источники